Tədris prosesini aktiv şəkildə həyata keçirmək,
şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək,
yaradıcılığa həvəsləndirmək, fənninin öyrənilməsi əhəmiyyətini dərk etdirmək,
biliklərin mənimsənilməsinə və onların praktik olaraq tətbiq edilməsinə maraq
yaratmaq hər bir müəlliminin əsas məqsədidir.
Sadalanan məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim
şagirdləri fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından
tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və çatışmazlıqları aradan
qaldırmaq yollarını bilməli, habelə tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir.
Fəal təlimin mahiyyətinin izah edilməsindən öncə məktəbdə və eləcə də sinifdə bu təlim metodlarının həyata keçirilməsi üçün tələb olunan demokratik mühüt yaratmaq lazımdır. Demokratik mühüt müəllim və şagirdlər üçün eyni səviyyədə tələb qoyur.
Müəllim dərs prosesində şagirdi ruhlandıran, ona özünü tapmaqda kömək edən yaradıcıya çevrilir. Müasir təlim üsullarının əsasında məhz bu prinsip dayanır. Yeni üsullar dərsdə şagirdlərin fəal iştirakını, qarşılıqlı əlaqəsini nəzərdə tutur ki, bu da onların tam şəkildə dərketmə prosesinə cəlb edilməsinə səbəb olur.Uşaqlar müəllim ilə birlikdə ətraf aləmin fəal tədqiqatçısına çevrilirlər.
Məsələn, layihə üsulu şagirdlərin gerçək həyata bənzər işlər üzərində, xüsusi bir məhsul ortaya qoymaq məqsədi ilə hazırladıqları müstəqil mövzu araşdırmaları və fəaliyyətləridir. Layihə dərslərdə şagird mərkəzdə dayanır, müəllim isə yalnız şagirdə rəhbərlik etmə və qiymətləndirmə vəzifəsini boynuna götürə bilər.
Məqsəd:
Konkret hadisənin araşdırılması hadisənin təhlili, qavranılması, səhvlərin müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqidi təfəkkürü stimullaşdıran tədqiqata əsaslanmış bir metoddur. Layihə üsulundan aktiv və səmərəli istifadə etmək üçün müəllim şagirdlərə həyatda tez-tez baş verən maraqlı situasiyaları və ya sinifə ciddi müzakirəyə ehtiyacı olan problemləri tədqiq etməyi təklif edə bilər.
Şagird bu metodun vasitəsilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olur:

- Hadisənin səmərəli həli yollarını araşdırmaq;
- Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək, təhlil etmək, səhvləri müəyyənləşdirmək;
- Hadisənin səbəbini həlli vasitəsilə tənqidi təfəkkürü inkişaf etdirmək;
- Tədqiqatçı bacarıqlarını aşılamaq;
- Məlumatı sistemləşdirmək;
- Nəticə çıxarmaq və əsaslandırmaq
Konkret hadisə meyarlara əsasən seçilir.Heç də bütün bütün
situasiyalar konkret hadisə olmur.Konkret hadisə olması üçün situasiyanın
aşağıdakı xüsusiyyətləri olmalıdır:
- Gerçək olmalıdır;
- Dərhal müdaxilə tələb etməlidir: maraq doğuracaq problemi vurğulamalıdır;
- Qrupların maraqları ilə əlaqəli olmalıdır ki, hadisəni həll etməyə çalışan iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar;
- Tam olmalıdır.Onun təqdimaında həlli üçün tələb olunan bütün detallar əks olunmalıdır.
Yarana biləcək
problemlər:
- Arqumentlərin inandırıcı olmaması;
- Hamının iştirak etməməsi;
- Arqumentlərin qanunla əsaslanmaması;
Düzgün nəticə çıxarılmaması:
- Arqumentlərin inandırıcı olmaması.
Dərslərin məqsədindən
asılı olaraq müxtəif layihə növlərindən
istifadə etmək olar:
- Qısa müddətli layihə: Bir neçə saatlıq ya da bir-iki həftəlik layihələrdir.
- Uzunmüddətli layihə: Bir neçə aylıq və ya uzun müddətli layihələrdir.
- Fəaliyyət layihələri: Cəmiyyətdəki problemlərin həllinə
istiqamətli layihələrdir.
- Araşdırma Layihələri: Müəyyən bir mövzuda məlumat toplamağı və toplanan məlumatları çözərək təqdim etməyə istiqamətli layihələrdir.
Layihə mövzusuları da dərslərdə
tətbiq olunacaq standartdan, məqsəddən asılı olarq müxtəlif ola bilər.
Şagird maraqlarını çəkəcək və həll məqsədli
hər hansı bir problem layihə mövzusu seçmək mümkündür. Məsələn, məktub yazma,
hesabat yazma, məktəbdə səhnələşdirmək məqsədiylə pyes yazma, məktəb jurnalı
çıxarma, məktəb bağçasına ağac əkmə, hər hansı bir məhsul inkişaf etdirmə,
bitki yetişdirmə, cəmiyyətdəki fərqli şəhərlərdən miqrasiya etmiş insanların
ümumi cəhətlərinin tapılması, intibah dövrünü izah edən bir araşdırma hesabatı
hazırlanması,hər hansı fiziki hadisə və qanunun mahiyyəti, həyatımızda rolu və s.
Layihəyönlü dərslərin
qiymətləndirməsi də digər dərslərdən fərqli aparılmalıdır. Belə dərslər xüsusi
meyarlarla qiymətləndirilməlidir.
Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi;- bəndi üzrə pedaqoji mühazirə
LAYİHƏ DƏRS:RADİOAKTİVLİK NƏDİR?
STANDARTLAR:
MƏQSƏD: LAYİHƏNİN PLANI:
- Radioaktivliyin kəşfi tarixi haqqında məlumat.
- Çernobıl və Xerosimo Naqasaki faciələri haqqında məlumat.
- Radioaktivlik və bioloju aləm.
- Radioasiya
təhlükəsi
və ondan
qorunma yolları.
- Atom Elektrik Stansiyaları.
I QRUPUN
TƏQDİMATI:
Radioaktivliyin
kəşfi tarixi haqqinda.
Bekkerel
Günəş işığı ilə şüalandırılmış maddələrin şüa buraxması tədqiqi ilə məşğul
olmuşdur. Belə maddələrdən biri də uran duzlarıdır.
Bekkerel araşdırma zamanı qarşısında belə bir sual
qoymuşdu: Uran duzlarını şüalandırdıqdan sonra, görünən işıqla yanaşı rentgen
şüaları da şüalandırarmı?
Bekkerel
güman edirdi ki, bu şüalanma Günəş şüalarının təsiri ilə meydana çıxır. 1896-cı
ilin fevralında hava buludlu olduğu üçün o, təcrübə apara bilmir və üzərində
uran duzu ilə örtülmüş mis xaç olan lövhəni stolun yeşiyinə qoyur. Iki gündən
sonra lövhənin üzərində xaçın kölgəsi şəklində qaralmış yer gördü. Deməli, uran
duzları özbaşına, xarici təsir olmadan şüalanmışdır.
Bekkerel
radioaktiv maddə ilə təcrübə aparmaq məqsədilə Mariya Küridən içərisində radium
olan sınaq şüşəsini aldıqdan sonra ciletinin cibinə qoymuş və bir az vaxt
keçdikdən sonra həmin cibin olduğu tərəfdə dərinin qızardığını görmüş, eyni
zamanda orada ağrı olduğunu hiss etmişdir. Sonra dərinin həmin hissəsində yara
əmələ gəlmişdir ki, iki aya onu sağalda bilmişdilər.
Bu hadisə təbabətdə mütəxəssisləri maraqlandırmış və çoxlu sayda eksperimentlər aparılmışdır. Müəyyən edilmişdir ki, radioaktiv şüalanmaya ən çox cavan toxumalar həssas olurlar. Çünki onların tərkibində çoxlu su olur. Belə toxumaların toplusundan əmələ gələn bədxasiyyətli şişlərin həmin şüalarla parçalanması məsələsi ortaya atılmışdır. Bu metodun cərrahi əməliyyatla birləşməsi bədxasiyyətli şişin yeni əmələ gəldiyi vaxtlarda aradan götürülməsi və müalicə olması üçün zəmin yaradır.
Bekkerel tezliklə tapdı ki, uran duzlarının buraxdığı şüalanma, havanı ionlaşdırır və elektroskopun yükünü boşaldır, şüalanmanın intensivliyi yalnız götürülmüş maddədəki uranın miqdarı ilə təyin olunur və uranın hansı birləşmənin tərkibinə daxil olmasından qəti asılı deyil. Bu xassə kimyəvi birləşmələrə yox, yalnız uran kimyəvi elementinə, onun atomlarına aiddir.
1898-ci ildə Fransız alimi Mariya-Sklodovskaya-Kürı və başqaları toriumun da şüalandığını kəşf etdilər.
Yeni elementlərin tapılması istiqamətində əsas işi Mariya Kyüri və onun həyat yoldaşı Pyer Küri aparmışdır. Mariya Küri təmiz polonium elementini kəşf etdi və vətəni olan Polşanın şərəfinə polonium adlandırmışdı. Kürilərin kəşfinə qədər Mendeleyev cədvəlində radiumun xanası boş idi. Özünün kimyəvi xassələrinə görə radium qələvi-torpaq metal elementlərə aiddir.
Sonralar müəyyən edildi ki, sıra nömrəsi 83-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdir.
Bekkerel, Pyer və Mariya Kürilər 1903-cü ildə təbii radioaktivliyin kəşfi istiqamətdəki işlərinə görə Nobel mükafatına layiq görulmüşlər. Aldıqları pulları bu sahədə araşdırma aparmaq üçün laborotoriya qurdurmuşlar.
1906-cı ildə Pyer Küri faciəli şəkildə vəfat etdi. Mariya Küri bu istiqamətdə araşdırmaları özü davam etdirdi.1908-ci ildə Bekkerl də vəfat etdi.
Mariya Küri 1934-cü ildə leykomiya xəstəliyindən vəfat etdi. Onun ölümü radioktiv maddələrlə araşdırma aparanlara faciəvi dərs oldu, çünki o, radioaktiv maddələrlə işləyərkən onların zərərli təsirinə qarşı heç bir tədbir görmürdü, hələ bu bir yana qalsın, Mariya radiy doldurulmuş ampulanı sinəsində asıb, talisman kimi gəzdirir di.
α- şüaları ikiqat helium atomu nüvəsindən (2 ionlaşmış helium atomu nüvəsindən ibarət müsbət yüklü zərrəciklər 4𝐻𝑒, 𝛽-şüaları isə elektron selidir. 𝛶-şüaları qısa uzunluqlu(10−13𝑚𝑚) elektromaqnit dalğalarıdır.
α-zərrəciyi yüksək ionlaşdırma qabiliyyətiinə malikdir,amma nüfuzetmə qabiliyyəti zəifdir. α-şüalanmadan müdafiə olunmaq üçün istənilən maddənin nazik təbəqəsi, hətta qəzet kağızı belə kifayətdir.
𝛽-şüalarının maddəyə nüfuzetmə qabiliyyəti α-zərrəciklərindən çox böyükdür, ionlaşma qabiliyyəti isə azdır.
𝛶-şüaları yüksək enerjili fotonlar seli olduğu üçün və elektrik sahəsində buraxmaqla çox yüksək nüfuzetmə xassəsinə malikdir. Bu şüalar insan orqanizminə də asanlıqla nüfuz edə bildiyi üçün qorxuludur, ondan qorunmaq lazımdır. Bu məqsədlə bir neçə santiməetr qalınlıqlı qurğuşun ekran,beton, qalın torpaq qatı və s. tətbiq olunur.
II QRUPUN TƏQDİMATI: RADİOAKTİV ŞÜALANMANIN FƏSADLARI.
Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarından güclü zədələləyici xassələrinə görə fərqlənir. Nüvə partlayışı zamanı ayrılan enerjinin təqribən 50%-i zərbə dalğasına,35%-i işıq şüalanmasınuza,4%-i nüfuzetmə radioasiyasına,10%-i Yerin radioaktiv zəhərlənməsinə və 1%-I elektromaqnit şüalanmaya sərf olur.
Radioaktiv şüalanmanın fəsadlarından bir neçəsinə nəzər salaq.
26 aprel 1986-cı ildə bəşəriyyətin ən böyük faciəsi baş verdi. Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı ilə Çernobıl faciəsi baş verdi.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AESin partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radioasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.
Çernoblı tərk edənlərin evləri müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.
Xerosima-Naqasaki faciəsi haqqında hamınız eşitmisiniz. 1945-ci il 6 avqustda amerikanlar Yaponiyanın Xirasimo şəhərinə atom bombası atdılar, 9 avqustda isə Naqasaki şəhərini bombaladılar. Bu faciə zamanı Xerasimo şəhərində 90-166 min arasında, Naqasakidən isə 60-80 min arasında insan məhv oldu. Partlayışın episentrinə yaxın olan şəxslər anındaca ölmüş və onların bədəni hissələrə ayrılaraq ətrafa dağılmışdır.Episentrə yaxın olan hər şeyi partlayış dalğası yox etmişdir.2013-cü il 31 mart tarixində Yaponiyanın verdi atom rəsmi məlumatda Hirosima və Naqasakiyə atılan atom bombalarından sonra 201779 nəfər,sonra isə ölən insaların sayının 450000-ə çatması göstərilmişdir.
Qeyd: Misir piramidaları haqqında maraqlı faktlar:
Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür. Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.
2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sızma belə stansiyaların təhlükəsizliyinin nə dərəcədə təmin olunması problemini bir daha ortaya qoydu. AES-lərdə radioaktiv maddələr istifadə edildiyi üçün digər stansiyalardan fərqli və daha yüksək olan təhlükəsizlik texnologiyalarından istifadə edilməli, əhalinin sağlamlığı, ətraf-mühitin şəffaflığı nəzərə alınmalıdır. Digər enerji növlərinə nisbətdə atom enerjisinin xeyli ucuz başa gəlməsi səbəbi ilə, təəssüf ki, iqtisadi maraqlar çox vaxt təhlükəsiz və sağlam yaşayışı üstələyir.
Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirmişdir.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi.
“Metsamor”un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyada belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq, baş vermiş yeraltı təkanların fəlakətləri “Metsamor” AES-in region üçün təhlükəsini təkzib olunmaz edir. Ermənistanda “Yaşıl Birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyanın təhlükəli olmasını belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, stansiyanın heç bir təhlükəsi yoxdur”. Cənubi Qafqaz regionu o qədər də böyük olmasa da, burada bir neçə dövlət yerləşir. Nəticədə region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. “Metsamor”un isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildirmişlər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.
“Metsamor” AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Təəssüfedici haldır ki, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni gündəmdə saxlamışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən “Metsamor” “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”-ü reallaşdırmağı qərara almışdır.
2014-cü il martın 27-də “Metsamor” AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsinin Ermənistan parlamentində qəbulu AES-lə əlaqəli müəyyən ziddiyyətləri də ortaya qoydu. Qanun layihəsində AES-in köhnə blokunun 2016-ci ilədək işlədilməsi əks olunmuşdur. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq, AES-in yeni blokunun tikintisi ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdir. O, tikinti ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirmişdir.
Humanist və sülhsevər siyasəti ilə beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunan Azərbaycan nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə beynəlxalq birliklə fəal əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyətində (2011-2013) Azərbaycan bu məsələni daim xüsusi diqqət mərkəzində saxlamışdır. Eyni zamanda, işğal olunmuş torpaqlarımızda Ermənistan tərəfindən radioaktiv tullantı materiallarının basdırılması həmin ərazilərin zəhərlənməsinə şərait yaradır. Bu məsələ 2014-cü il martın 25-də keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulanmışdır.
Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
- Metsamor AES yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;
- “Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır” - bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır, ömrü isə 30 ildir;
- AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, o hələ də istifadədədir.
“Metsamor”da baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişdə Cernobl qəzasına müraciət etmək kifayətdir.
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu sakitlik böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir.
Radioktiv şüalardan tibdə müalicə, diaqnoz qoymaq məqsədilə - rentgen, tomoqrafiya, İSM və s. tətbiqləri var. Bu aparatlardan ildə bir dəfədən artıq istifadə etmək insan orqanizminə mənfi təsir göstərir.
İSM aparatı Kompyuter tomoqrafiyası
Bu hadisə təbabətdə mütəxəssisləri maraqlandırmış və çoxlu sayda eksperimentlər aparılmışdır. Müəyyən edilmişdir ki, radioaktiv şüalanmaya ən çox cavan toxumalar həssas olurlar. Çünki onların tərkibində çoxlu su olur. Belə toxumaların toplusundan əmələ gələn bədxasiyyətli şişlərin həmin şüalarla parçalanması məsələsi ortaya atılmışdır. Bu metodun cərrahi əməliyyatla birləşməsi bədxasiyyətli şişin yeni əmələ gəldiyi vaxtlarda aradan götürülməsi və müalicə olması üçün zəmin yaradır.
Bekkerel tezliklə tapdı ki, uran duzlarının buraxdığı şüalanma, havanı ionlaşdırır və elektroskopun yükünü boşaldır, şüalanmanın intensivliyi yalnız götürülmüş maddədəki uranın miqdarı ilə təyin olunur və uranın hansı birləşmənin tərkibinə daxil olmasından qəti asılı deyil. Bu xassə kimyəvi birləşmələrə yox, yalnız uran kimyəvi elementinə, onun atomlarına aiddir.
1898-ci ildə Fransız alimi Mariya-Sklodovskaya-Kürı və başqaları toriumun da şüalandığını kəşf etdilər.
Yeni elementlərin tapılması istiqamətində əsas işi Mariya Kyüri və onun həyat yoldaşı Pyer Küri aparmışdır. Mariya Küri təmiz polonium elementini kəşf etdi və vətəni olan Polşanın şərəfinə polonium adlandırmışdı. Kürilərin kəşfinə qədər Mendeleyev cədvəlində radiumun xanası boş idi. Özünün kimyəvi xassələrinə görə radium qələvi-torpaq metal elementlərə aiddir.
Sonralar müəyyən edildi ki, sıra nömrəsi 83-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdir.
Bekkerel, Pyer və Mariya Kürilər 1903-cü ildə təbii radioaktivliyin kəşfi istiqamətdəki işlərinə görə Nobel mükafatına layiq görulmüşlər. Aldıqları pulları bu sahədə araşdırma aparmaq üçün laborotoriya qurdurmuşlar.
1906-cı ildə Pyer Küri faciəli şəkildə vəfat etdi. Mariya Küri bu istiqamətdə araşdırmaları özü davam etdirdi.1908-ci ildə Bekkerl də vəfat etdi.
Mariya Küri 1934-cü ildə leykomiya xəstəliyindən vəfat etdi. Onun ölümü radioktiv maddələrlə araşdırma aparanlara faciəvi dərs oldu, çünki o, radioaktiv maddələrlə işləyərkən onların zərərli təsirinə qarşı heç bir tədbir görmürdü, hələ bu bir yana qalsın, Mariya radiy doldurulmuş ampulanı sinəsində asıb, talisman kimi gəzdirir di.
α- şüaları ikiqat helium atomu nüvəsindən (2 ionlaşmış helium atomu nüvəsindən ibarət müsbət yüklü zərrəciklər 4𝐻𝑒, 𝛽-şüaları isə elektron selidir. 𝛶-şüaları qısa uzunluqlu(10−13𝑚𝑚) elektromaqnit dalğalarıdır.
α-zərrəciyi yüksək ionlaşdırma qabiliyyətiinə malikdir,amma nüfuzetmə qabiliyyəti zəifdir. α-şüalanmadan müdafiə olunmaq üçün istənilən maddənin nazik təbəqəsi, hətta qəzet kağızı belə kifayətdir.
𝛽-şüalarının maddəyə nüfuzetmə qabiliyyəti α-zərrəciklərindən çox böyükdür, ionlaşma qabiliyyəti isə azdır.
𝛶-şüaları yüksək enerjili fotonlar seli olduğu üçün və elektrik sahəsində buraxmaqla çox yüksək nüfuzetmə xassəsinə malikdir. Bu şüalar insan orqanizminə də asanlıqla nüfuz edə bildiyi üçün qorxuludur, ondan qorunmaq lazımdır. Bu məqsədlə bir neçə santiməetr qalınlıqlı qurğuşun ekran,beton, qalın torpaq qatı və s. tətbiq olunur.
II QRUPUN TƏQDİMATI: RADİOAKTİV ŞÜALANMANIN FƏSADLARI.
Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarından güclü zədələləyici xassələrinə görə fərqlənir. Nüvə partlayışı zamanı ayrılan enerjinin təqribən 50%-i zərbə dalğasına,35%-i işıq şüalanmasınuza,4%-i nüfuzetmə radioasiyasına,10%-i Yerin radioaktiv zəhərlənməsinə və 1%-I elektromaqnit şüalanmaya sərf olur.
Radioaktiv şüalanmanın fəsadlarından bir neçəsinə nəzər salaq.
26 aprel 1986-cı ildə bəşəriyyətin ən böyük faciəsi baş verdi. Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı ilə Çernobıl faciəsi baş verdi.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AESin partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radioasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.
Çernoblı tərk edənlərin evləri müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.
Xerosima-Naqasaki faciəsi haqqında hamınız eşitmisiniz. 1945-ci il 6 avqustda amerikanlar Yaponiyanın Xirasimo şəhərinə atom bombası atdılar, 9 avqustda isə Naqasaki şəhərini bombaladılar. Bu faciə zamanı Xerasimo şəhərində 90-166 min arasında, Naqasakidən isə 60-80 min arasında insan məhv oldu. Partlayışın episentrinə yaxın olan şəxslər anındaca ölmüş və onların bədəni hissələrə ayrılaraq ətrafa dağılmışdır.Episentrə yaxın olan hər şeyi partlayış dalğası yox etmişdir.2013-cü il 31 mart tarixində Yaponiyanın verdi atom rəsmi məlumatda Hirosima və Naqasakiyə atılan atom bombalarından sonra 201779 nəfər,sonra isə ölən insaların sayının 450000-ə çatması göstərilmişdir.
Qeyd: Misir piramidaları haqqında maraqlı faktlar:
Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür. Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.
Atom
Elektrik Stansiyaları.
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv
maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv
maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq
AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ümumiyyətlə elektrik stansiyası - elektrik enerjisinin istehsalı ilə
məşğul olan avadanlıq və aparatlardan
ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi
ərazilərə malik olurlar. Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq
olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat.
Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli
olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir. Müasir
dövrdə atom elektrik stansiyaları beynəlxalq təhlükəsizlik qarşısında duran
əsas problemlərdən biridir. Nüvə enerjisi məsələsi daha çox nüvə qəzaları ilə
gündəmə gəlməkdədir. 2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sızma belə stansiyaların təhlükəsizliyinin nə dərəcədə təmin olunması problemini bir daha ortaya qoydu. AES-lərdə radioaktiv maddələr istifadə edildiyi üçün digər stansiyalardan fərqli və daha yüksək olan təhlükəsizlik texnologiyalarından istifadə edilməli, əhalinin sağlamlığı, ətraf-mühitin şəffaflığı nəzərə alınmalıdır. Digər enerji növlərinə nisbətdə atom enerjisinin xeyli ucuz başa gəlməsi səbəbi ilə, təəssüf ki, iqtisadi maraqlar çox vaxt təhlükəsiz və sağlam yaşayışı üstələyir.
Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirmişdir.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi.
“Metsamor”un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyada belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq, baş vermiş yeraltı təkanların fəlakətləri “Metsamor” AES-in region üçün təhlükəsini təkzib olunmaz edir. Ermənistanda “Yaşıl Birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyanın təhlükəli olmasını belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, stansiyanın heç bir təhlükəsi yoxdur”. Cənubi Qafqaz regionu o qədər də böyük olmasa da, burada bir neçə dövlət yerləşir. Nəticədə region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. “Metsamor”un isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildirmişlər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.
“Metsamor” AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Təəssüfedici haldır ki, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni gündəmdə saxlamışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən “Metsamor” “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”-ü reallaşdırmağı qərara almışdır.
2014-cü il martın 27-də “Metsamor” AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsinin Ermənistan parlamentində qəbulu AES-lə əlaqəli müəyyən ziddiyyətləri də ortaya qoydu. Qanun layihəsində AES-in köhnə blokunun 2016-ci ilədək işlədilməsi əks olunmuşdur. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq, AES-in yeni blokunun tikintisi ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdir. O, tikinti ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirmişdir.
Humanist və sülhsevər siyasəti ilə beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunan Azərbaycan nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə beynəlxalq birliklə fəal əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyətində (2011-2013) Azərbaycan bu məsələni daim xüsusi diqqət mərkəzində saxlamışdır. Eyni zamanda, işğal olunmuş torpaqlarımızda Ermənistan tərəfindən radioaktiv tullantı materiallarının basdırılması həmin ərazilərin zəhərlənməsinə şərait yaradır. Bu məsələ 2014-cü il martın 25-də keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulanmışdır.
Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
- Metsamor AES yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;
- “Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır” - bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır, ömrü isə 30 ildir;
- AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, o hələ də istifadədədir.
“Metsamor”da baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişdə Cernobl qəzasına müraciət etmək kifayətdir.
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu sakitlik böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir.
Radioktiv şüalardan tibdə müalicə, diaqnoz qoymaq məqsədilə - rentgen, tomoqrafiya, İSM və s. tətbiqləri var. Bu aparatlardan ildə bir dəfədən artıq istifadə etmək insan orqanizminə mənfi təsir göstərir.
III QRUPUN TƏQDİMATI
Radioaktivlik və bioloju aləm.
Bir
çox hallarda xüsusən nüvə sınaqlarının keçirilməsi ,atom elektrik stansiyalarında baş verən ,faydalı qazıntıların çıxarılması zamanı torpaq,su
hövzələri,canlı orqanizmlər radiaktiv çirklənməyə məruz qalır.Radiaktiv
izotoplar maddələr dövranına daxil olaraq canlı orqanizmlərə keçir və onların
hüceyrələrinə məhvedici təsir göstərir
.Qida ilə orqanizmə düşən və uzun yarımparçalanma dövrünə malik olan
belə radioaktiv elementlər sümük
iliyində toplanaraq orqanizm üçün böyük təhlükə törədir, ağ qanlılıq və xərçəng
şişlərinin yaranmasına səbəb olurlar. Nüvə bombası partlayışı zamanı yaranan
radioaktiv izotoplardan ibarət toz buludları günəşin qabağını tutaraq onun
enerjisini udur və nüvə qışı adlanan uzun müddətli soyuqlaşma yaradır.
Hansı canlı radioaktivliyə dözümlüdür?
Hansı canlı radioaktivliyə dözümlüdür?
Tarakanlar
planetimizdə insanlardan çox-çox əvvəl məskunlaşıblar. Qazıntılar zamanı aşkar
edilmiş heyvan qalıqları göstərir ki, tarakanlar paleozoy dövründə də
yaşayıblar. Paleontoloqların 2012-ci ildə tapdıqları daşlaşmış “Belçika
tarakanı”nın 370 milyon il yaşı var. Bu həşəratlar çox dözümlüdürlər. Başı
qoparılmış tarakan bir neçə həftə sağ qala bilir. Bu 2007-ci ildə ABŞ-ın
Pensilvaniya ştatındakı kollecdə aparılmış sınaqlardan sübuta yetirilib..
Natəmizlik sevən və müxtəlif xəstəliklərin daşıyıcısı olan tarakanların
mətbəxdə ya zirzəmidə kökünü kəsmək üçün adamlar xeyli əziyyət çəkirlər.
1959-cu ildə Massaçusest(ABŞ) alimləri D.R.Uarton və M.L.Uarton tarakanların radiasiyaya dözümlülüyü barədə əfsanənin doğruluğunu yoxlayıb, insanlara xəbər verdilər: tarakanlar 20min raddan artıq şüalanmaya tab gətirmirlər! Drozofil milçəkləri onlardan 3dəfə(64min rad), erkək tüfeyli arılar isə 9dəfə(180min rad)güclü radiasiyaya dözümlüdürlər. Əlavə etmək qalır ki, insanın özü üçün 1min rad ölçüdə şüalanma mütləq ölümcül həddir.
Əsl radiasiya kralı isə DEİNOCOCCUS radiodurans adlanan bakteriyadır. Onu məhv etmək üçün dəhşətli dərəcədə yüksək radiasiya olmalıdır- azı 1milyon rad. Əgər bakteriyanı şüalandırmaqdan əvvəl dondursan, dozanı 2qat artırmalısan.
Bu möcüzəvi bakteriyaya xüsusi dözümlülüyünə görə “Konan” adı veriblər. Onun çəhrayı rəngi var, çürümüş kələm iyi verir. İlk dəfə bu bakteriyanı mikrobları öldürmək üçün şüalandırılmış ət konservində tapıblar. Sonra ona fil təzəyindən tutmuş, səhra qumlarına qədər çox yerdə, hətta buz təbəqəsinin altında qalmış Antarktida qranitində də rast gəliblər.
“Konan”ın yüksək radioaktiv şüalanmaya və kəskin şaxtaya asanlıqla davam gətirərək öz strukturunu qorumaq qabiliyyəti elmin müxtəlif sahələrində çalışan mütəxəssislərin diqqətini cəlb edib. ABŞ-ın NASA agentliyinin bioloqlarının fikrincə, Marsda həyatın sirri bu bakteriyada ola bilər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi hesab edir ki, ionlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. FHN-dən AzərTAc-a bildirmişlər ki, təhlükəsizlik texnikası, radiasiya təhlükəsizliyi və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təhlükəsiz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna baxmayaraq, hər hansı bir qəza baş verdikdə və ya hər hansı bir səbəbdən ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bundan qorunma tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya xəbərdarlığını bildirən işarələri tanımalıdır.
Vətəndaş üzərində xəbərdarlıq işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sökməməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalıdır. O, əşya barədə “112” qaynar xəttinə zəng edərək məlumat verməli və nazirliyin əməkdaşları gələnədək şübhəli əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxsləri də məlumatlandıraraq onların ərazidən uzaqlaşmalarına çalışmalıdır.
Radioaktiv şüalanmadan qorunma geyimləri:
Xarici radioasiya təhlükəsindən qorunmanın üç yolu vardır. Bunlardan birincisi məsafədir. Mənbələrdən yayılan radiaosiyanın şiddəti məsafənin kvadratı ilə tərs mütənasib olduğundan mənbədən mümkün qədər uzaqlaşmaq ən yaxşı qorunma yoludur.
İkincisi zamandır. İnsanların məruz qalacaqları şüalanma dozasının miqdarı radiasiya mənbəyinin yanında sərf edilən zamanla mütənasib olaraq artdığından mənbə yaxınlığında qalma müddətini mümkün qədər azaltmaq lazımdır. Xarici radioasiya təhlükəsindən qorunmanın üçüncü yolu qoruyucu sədlərdir. Təhlükədən qorunmaq üçün müvafiq sədlərin arxasına sığınmaq lazımdır.
Radioaktiv mənbələrin açıq şəkildə istifadəsi və daşınması yol verilməzdir.
Daxili şüalanmaya məruz qalma təhlükəsi Atom Elektrik Stansiyalarında baş verən qəzalar, atom bombasının partladılması və ya hər hansı bir səbəbdən dolayı radioaktiv maddələrin bərk, maye və ya qaz halında atmosferə yayılması zamanı yaranır. Daxili şüalanmaya məruz qalma təhlükəsi radioaktiv maddələrin tənəffüs, həzm və dəridəki yara və ya sıyrıqlar vasitəsilə insan orqanizminə düşməsi nəticəsində meydana gəlir. Qəza zamanı daxili radiasiya təhlükəsindən qorunmaq məqsədi ilə mühitin, paltarların və dərinin radioaktiv maddə ilə çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır.
Radioasiya qəzası həyəcan siqnalını qapalı məkanda olarkən aldıqda oranı tərk etməməli, bütün qapı və pəncərələri bağlamalı, ventilyasiya sistemlərini və hava boşluqlarını müxtəlif vasitələrlə tutaraq xaricdən içəri daxil ola biləcək hava axınlarının qarşısını almalı və beləcə sığınacaq yaradılmalıdır. Sığınacağa xaricdən qida maddəsinin və əşyanın gətirilməsinə yol verməməli və icra orqanlarından qəza təhlükəsinin sovuşduğuna dair məlumat almamış həmin yeri tərk etməməlidirlər.
Qəza həyəcanı siqnalını açıq havada olarkən aldıqda isə ağızı və burunu dəsmal və ya başqa bir yumşaq parça ilə tutaraq havanın birbaşa tənəffüsünün qarşısını almağa çalışmaq lazımdır. Bütün üst geyimləri və ayaqqabıları çıxarıb, bayırda qoymaq, açıq ərazini tərk edib qapalı məkanlara girəndən sonra qoruyucu tədbirləri görmək lazımdır.
Göründüyü kimi, nüvə və radioloji təhlükəsi yarandıqda ətraf mühitə yayılan radioaktiv maddələrin insanlara mümkün təsirləri ancaq qoruyucu tədbirlər vasitəsi ilə azaldıla bilər. Buna görə də radioasiya sahəsində çalışan insanların və əhalinin bu dozadan yüksək doza almalarına yol verməmək və meydana gələ biləcək qəzalara qarşı qabaqlayıcı tədbirlər görmək vacibdir.
Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır.
Seysmoloqlar Şimali Koreyada yer təkanlarının baş verdiyini qeydə aldıqdan bir neçə saat sonra, Pxenyan altıncı nüvə sınağının "mükəmməl uğurla" keçirildiyini bəyan edib.
Cənubi Koreya hidrometeoroloji agentliyinin bildirdiyinə görə, "süni zəlzələnin" gücü, Şimali Koreyada bundan əvvəl keçirilmiş beşinci sınaq zamanıı qeydə alınmış təkanların gücündən 9.8 dəfə artıq olub.
Şimali Koreyanın dövlət mediası həmin qurğunun yeni növ hidrogen bombası olduğunu və ballistik raketə sığdığını bildirib.Şimali Koreya hidrogen bombasını 2016-cı ilin sentyabrında sınaqdan keçirmişdir. Cənubi Koreya, Şimali Koreyanın nüvə silahı poliqonuna raket hücumunu simulyasiya edən təlim-məşq keçirib və bu yolla Seul Pxenyanın keçirdiyi sonuncu nüvə sınağına cavab verib.
Cənubi Koreyanın keçirdiyi təlim-məşq zamanı hərbi təyyaralərdən və quruda yerləşən qurğulardan buraxılan döyüş raketləri və ballistik raketlərdən istifadə olunub.
Martın 2-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə, həmçinin orbitə "Kvanminson-4" raketini çıxarmasına cavab olaraq bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib. Buna cavabında isə Şimali Koreya cümə axşamı dənizə bir neçə yaxın məsafəli raketlərdən atəş açıb. BMT sanskiyaları və beynəlxalq təzyiqə baxmayaraq, Pxenyan nüvə silahını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub.
Hörmətlə: Südabə Abdullayeva
Təklif və şikayətlərinizi mənə yaza bilərsiz.
1959-cu ildə Massaçusest(ABŞ) alimləri D.R.Uarton və M.L.Uarton tarakanların radiasiyaya dözümlülüyü barədə əfsanənin doğruluğunu yoxlayıb, insanlara xəbər verdilər: tarakanlar 20min raddan artıq şüalanmaya tab gətirmirlər! Drozofil milçəkləri onlardan 3dəfə(64min rad), erkək tüfeyli arılar isə 9dəfə(180min rad)güclü radiasiyaya dözümlüdürlər. Əlavə etmək qalır ki, insanın özü üçün 1min rad ölçüdə şüalanma mütləq ölümcül həddir.
Əsl radiasiya kralı isə DEİNOCOCCUS radiodurans adlanan bakteriyadır. Onu məhv etmək üçün dəhşətli dərəcədə yüksək radiasiya olmalıdır- azı 1milyon rad. Əgər bakteriyanı şüalandırmaqdan əvvəl dondursan, dozanı 2qat artırmalısan.
Bu möcüzəvi bakteriyaya xüsusi dözümlülüyünə görə “Konan” adı veriblər. Onun çəhrayı rəngi var, çürümüş kələm iyi verir. İlk dəfə bu bakteriyanı mikrobları öldürmək üçün şüalandırılmış ət konservində tapıblar. Sonra ona fil təzəyindən tutmuş, səhra qumlarına qədər çox yerdə, hətta buz təbəqəsinin altında qalmış Antarktida qranitində də rast gəliblər.
“Konan”ın yüksək radioaktiv şüalanmaya və kəskin şaxtaya asanlıqla davam gətirərək öz strukturunu qorumaq qabiliyyəti elmin müxtəlif sahələrində çalışan mütəxəssislərin diqqətini cəlb edib. ABŞ-ın NASA agentliyinin bioloqlarının fikrincə, Marsda həyatın sirri bu bakteriyada ola bilər.
IV QRUPUN TƏQDİMATI:
Radiasiya təhlükəsi və ondan qorunma yolları.
İonlaşdırıcı
şüaların yüksək nüfuzedici və ionlaşdırıcı xüsusiyyətlərinin olması, onların
elmin, tibbin, kənd təsərrüfatının və sənayenin bir çox sahələrində tətbiq
edilmələrinə səbəb olur. Ölkəmizdə müasir texnologiyalardan istifadənin artması
ilə əlaqədar olaraq tibb və sənaye obyektlərində, elmi-tədqiqat və təhsil
ocaqlarında ionlaşdırıcı şüalanma mənbələrindən istifadə halları artır. Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi hesab edir ki, ionlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. FHN-dən AzərTAc-a bildirmişlər ki, təhlükəsizlik texnikası, radiasiya təhlükəsizliyi və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təhlükəsiz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna baxmayaraq, hər hansı bir qəza baş verdikdə və ya hər hansı bir səbəbdən ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bundan qorunma tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya xəbərdarlığını bildirən işarələri tanımalıdır.
Vətəndaş üzərində xəbərdarlıq işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sökməməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalıdır. O, əşya barədə “112” qaynar xəttinə zəng edərək məlumat verməli və nazirliyin əməkdaşları gələnədək şübhəli əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxsləri də məlumatlandıraraq onların ərazidən uzaqlaşmalarına çalışmalıdır.
Radioaktiv şüalanmadan qorunma geyimləri:
Xarici radioasiya təhlükəsindən qorunmanın üç yolu vardır. Bunlardan birincisi məsafədir. Mənbələrdən yayılan radiaosiyanın şiddəti məsafənin kvadratı ilə tərs mütənasib olduğundan mənbədən mümkün qədər uzaqlaşmaq ən yaxşı qorunma yoludur.
İkincisi zamandır. İnsanların məruz qalacaqları şüalanma dozasının miqdarı radiasiya mənbəyinin yanında sərf edilən zamanla mütənasib olaraq artdığından mənbə yaxınlığında qalma müddətini mümkün qədər azaltmaq lazımdır. Xarici radioasiya təhlükəsindən qorunmanın üçüncü yolu qoruyucu sədlərdir. Təhlükədən qorunmaq üçün müvafiq sədlərin arxasına sığınmaq lazımdır.
Radioaktiv mənbələrin açıq şəkildə istifadəsi və daşınması yol verilməzdir.
Daxili şüalanmaya məruz qalma təhlükəsi Atom Elektrik Stansiyalarında baş verən qəzalar, atom bombasının partladılması və ya hər hansı bir səbəbdən dolayı radioaktiv maddələrin bərk, maye və ya qaz halında atmosferə yayılması zamanı yaranır. Daxili şüalanmaya məruz qalma təhlükəsi radioaktiv maddələrin tənəffüs, həzm və dəridəki yara və ya sıyrıqlar vasitəsilə insan orqanizminə düşməsi nəticəsində meydana gəlir. Qəza zamanı daxili radiasiya təhlükəsindən qorunmaq məqsədi ilə mühitin, paltarların və dərinin radioaktiv maddə ilə çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır.
Radioasiya qəzası həyəcan siqnalını qapalı məkanda olarkən aldıqda oranı tərk etməməli, bütün qapı və pəncərələri bağlamalı, ventilyasiya sistemlərini və hava boşluqlarını müxtəlif vasitələrlə tutaraq xaricdən içəri daxil ola biləcək hava axınlarının qarşısını almalı və beləcə sığınacaq yaradılmalıdır. Sığınacağa xaricdən qida maddəsinin və əşyanın gətirilməsinə yol verməməli və icra orqanlarından qəza təhlükəsinin sovuşduğuna dair məlumat almamış həmin yeri tərk etməməlidirlər.
Qəza həyəcanı siqnalını açıq havada olarkən aldıqda isə ağızı və burunu dəsmal və ya başqa bir yumşaq parça ilə tutaraq havanın birbaşa tənəffüsünün qarşısını almağa çalışmaq lazımdır. Bütün üst geyimləri və ayaqqabıları çıxarıb, bayırda qoymaq, açıq ərazini tərk edib qapalı məkanlara girəndən sonra qoruyucu tədbirləri görmək lazımdır.
Göründüyü kimi, nüvə və radioloji təhlükəsi yarandıqda ətraf mühitə yayılan radioaktiv maddələrin insanlara mümkün təsirləri ancaq qoruyucu tədbirlər vasitəsi ilə azaldıla bilər. Buna görə də radioasiya sahəsində çalışan insanların və əhalinin bu dozadan yüksək doza almalarına yol verməmək və meydana gələ biləcək qəzalara qarşı qabaqlayıcı tədbirlər görmək vacibdir.
QİYMƏTLƏNDİRMƏ:
Pxenyan sınaqdan keçirdiyi nüvə silahının hidrogen
bombası olduğunu bəyan edib.Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır.

Əla
YanıtlaSil